AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəylinin AMEA-nın fəxri üzvü Əziz Sancarı təbrik etməsi qardaş ölkənin mediasında geniş işıqlandırılıb
Jun 02, 2025 | 12:38 Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunan Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, professor Əziz Sancara təbrik məktubu ünvanlayıb.

Öz növbəsində professor Əziz Sancar cavab məktubu yazaraq təşəkkürünü bildirib, türk birliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına xidmət etməyin onun üçün böyük bir şərəf olduğunu söyləyib.

Sözügedən xəbər Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin “ankhaber.com”, “37haber.com”, “kastamonuistiklal.com”, “cumha.com.tr”, “konyapostasi.com.tr”, “gebzehaber.net”, “taskoprupostasi.com”, “tum1haber.com”, “basinpress.com”, “istamonu.com.tr”, “Kıbrıs Türk Haber”, “ajanscyprus.com” və s. kimi media portallarında geniş şəkildə işıqlandırılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023