AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü Əziz Sancarı Əlişir Nəvai Beynəlxalq Mükafatı alması münasibətilə təbrik edib
May 30, 2025 | 10:19 Görüşlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunan Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, professor Əziz Sancara təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çoxhörmətli Əziz bəy,

Sizə Türk dünyası üçün önəmli olan növbəti mükafatın verilməsi xəbərini böyük sevinc hissi ilə qarşıladıq.

Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Sizin Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunmağınız bizim Akademiyamız üçün də böyük şərəfdir.

Bu münasibətlə Sizi öz adımdan və Fəxri üzvü olduğunuz Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından ürəkdən təbrik edirəm, Sizə hər zaman yüksəklərdə olmağı və daha böyük zirvələr fəth etməyi arzu edirəm.

Hörmətlə,

AMEA-nın prezidenti

akademik İsa Həbibbəyli”

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023