AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçi alimlər Türkiyədə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər
May 21, 2025 | 16:53 Mühüm hadisələr

Türkiyənin Bolu şəhərinin Abant İzzət Baysal Universitetində “Süni intellekt və hibermedia” adlı 2-ci beynəlxalq simpozium keçirilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov və  Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Kubra Quliyeva simpoziumda iştirak ediblər.

Simpoziumda dünyanın bir sıra ölkələrindən - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan alimlər qatılıb.

İsmayıl Kazımov “Süni intellektin orta məktəblərdə mətnlərlə öyrədilməsi” və Kubra Quliyeva “Süni intellekt və müasir dialektologiya” mövzusunda məruzələrlə çıxış ediblər.

Texnoloji tərəqqi, rəqəmsal transformasiya, xüsusi olaraq süni intellekt alətlərindən istifadə amilləri bu gün dilçiliyin müxtəlif sahələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Alimlər süni intellektin mətn təməli üzərində linqvistik əlamətlərinin orta məktəb şagirdlərinə öyrədilməsinin problemlərindən danışıb. Vurğulanıb ki, texnologiyanın inkişafı nəticəsində idrak və dilin əlaqəsi süni intellekt problemi ilə sıx bağlıdır.

Sonra İsmayıl Kazımov Abant İzzət Baysal Universitetinin Jurnalistika fakültəsinin tələbələrilə görüşüb.  Alim sosial mediada dilin inkişafı, dil normalarının qorunması, elektron media mətnlərində süni intellektin təsiri məsələlərini diqqətə çatdırıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023