AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçi alim Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib
May 14, 2025 | 16:47 Görüşlər

Beynəlxalq Diaspor Mərkəzi və Dərələyəz İcmasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və Qərbi Azərbaycana qayıdış: diasporun rolu” mövzusunda tədbir keçirilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova “Qərbi Azərbaycana qayıdacağımıza inanırıq!” mövzusunda çıxış edib. Çıxışı zamanı Nigar Həsənova Qərbi Azərbaycan bölgəsinə məxsus olan onomastik vahidlərin, dialektoloji materialların toplanması, araşdırılması istiqamətində görülən işlərə, bu işlərin daha da sürətləndirilməsi məsələlərinə diqqəti çəkib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023