AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun əməkdaşı Şimali Kiprdə keçirilmiş beynəlxalq simpoziumda məruzə edib
May 12, 2025 | 11:34 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva 28-29 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi. Sənət fəaliyyəti” mövzusunda keçirilmiş 19-cu beynəlxalq simpoziumda iştirak edib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Şimali Makedoniya, İtaliya, Latviya, Rusiya, Macarıstan, Albaniya və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız “Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi (Sankt-Peterburq nüsxəsi)” mövzusunda məruzə edib və çıxışına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, beynəlxalq simpozium Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universiteti Türk İncəsənəti və Mədəniyyətinin Tətbiq və Araşdırma Mərkəzi, Şimali Kipr Yakın Doğu Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Moldova Respublikası Qaqauz Komrat Dövlət Universiteti və Azərbaycan Respublikası "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023