AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri haqqında” monoqrafiya işıq üzü görüb
May 12, 2025 | 10:18 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşı, fil.ü.f.d. Şəfiqə Abdullayevanın tərtib edib nəşrə hazırladığı “İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri haqqında” monoqrafiyası işıq üzü görüb.

Kitabda yer alan geniş ön sözün müəllifi, qeyd və göstəricilərin tərtibçisi, o cümlədən kömpüter icraçısı Ş.Abdullayevadır.

XIX əsrdə şair Nakam “Şəkuyi, İsmi bəy Şəkili, Fani, İsmayıl bəy Şəkili” təxəllüsləri ilə öz dövründə fəaliyyət göstərmişdir. Ədəbiyyat tarixi həvəskarlarının sərəncamına XIX əsrdə yaşamış, Azərbaycan şairi kimi təqdim etmək istədiyimiz Nakam yeni doğulmuş bir günəşdir. Bu gün o, öz saçaqlarını gələcək nəsillərə səpələyən, əsərləri ilə gün üzünə işıq və ruh verən bir alimdir. O, zəmanəsində güclü “alimlər alimi” kimi tanınmış, ürəyində Füzuli sevgisini yaşadan sənətkardır.

Bu monoqrafiyada şairin “Niyaznamə” qəsidəsi, divanları, əsərləri, müasirlərinə yazdıqları məktublar, nəzirələr, “Qazixanə dəftəri” (“Notarius dəftəri”), “Ziyayi-Qafqaziyyə” və “Həyat” qəzetindəki çıxışlarından parçalar, publisistik çıxışları, Şəki şairlərindən “Müşairə”, haqqında məlumat olmayan şair Hüzni bəy haqqında məlumatlar verilmişdir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.e.d., dosent Nəsib Göyüşov, redaktoru fəl.e.d., dosent Zəkiyyə Əbilova, rəyçiləri fil.ü.f.d. Xatun Cəfərli və böyük elmi işçi Mustafa Əliyevdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023