AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konqresdə məruzə edib
May 12, 2025 | 09:59 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Kərimova 18-20 aprel 2025-ci il tarixlərində Türkiyənin Balıkesir şəhərində keçirilmiş IV Beynəlxalq Bandırma Elmi Araşdırmalar Konqresində onlayn şəkildə iştirak edib.

Bandırma Onyedi Eylül Universitetində baş tutmuş, Azərbaycan, İordaniya, İtaliya, Malayziya, Albaniya, İran, İndoneziya və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı konqresdə Leyla Kərimova “Böyük mütəfəkkir Rəşad Nuri Güntəkinin hekayələrində uşaqların tərbiyələndirilməsi məsələləri” mövzusunda məruzə edib və çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.

Qeyd edək ki, beynəlxalq konqres ASES – Elm və Təhsil Araşdırmaları Akademiyası və Bandırma Onyedi Eylül Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023