AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzə ediblər
Apr 21, 2025 | 12:13 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Sankt-Peterburq Dövlət Universitetinin Şərq dilləri fakültəsinin 170 illik yubileyi münasibətilə “Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı” mövzusunda keçirilmiş XXXIII beynəlxalq elmi konqresdə onlayn şəkildə məruzə ediblər.

Azərbaycan, Türkiyə, Rusiya, Kanada, Fransa, Özbəkistan, Tatarıstan, Yaponiya və bir sıra ölkələrdən alim və mütəxəssislərin iştirak etdiyi konqresdə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov “Mir Təqiəddin Kaşani və onun təzkirəsində Azərbaycan şairləri”, həmin şöbənin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçisi Xatirə Kərimova müvafiq olaraq “Məqtəl janrı və onun Azərbaycan ədəbiyyatında yeri” və “Mirzə Kazımbəyin elmi irsi” adlı məruzələrlə çıxış ediblər. Məruzələr konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq elmi konqres “Eastern Tribune” elmi-analitik portalının dəstəyi ilə Sankt-Peterburq Dövlət Universiteti və Şərq dilləri fakultəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023