
Mar 05, 2025 | 16:43 Görüşlər
Polis Akademiyasında Beynəlxalq Ana Dili Günü münasibətilə “Azərbaycan dili xalqımızın qüruru və dövlətçilik simvoludur” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva, Polis Akademiyasının dosenti Fərqanə Əliyeva iştirak ediblər.
Tədbirdə çıxış edən alimlər Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırladıblar.
Çıxışlarda nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət edilməsinin vacibliyi xüsusi vurğulanıb.
www.science.gov.az