AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması və təhsilə inteqrasıyası istiqamətində seminar keçirilib
Feb 13, 2025 | 11:34 Görüşlər

Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində baş tutan tədbirlər çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2025-ci il üçün ilk maarifləndirici seminarı keçirilib.

İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş seminarda Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Sevinc Bayramovanın “Ərəbdilli əlyazma əsərlərinin tekstoloji təhlili” mövzusunda mühazirəsi dinlənilib. Alim mühazirəsində institutun fondunda mühafizə olunan ərəbdilli əlyazma kitablarından və kataloqlarından bəhs edib, onların tekstoloji təhlilini aparıb və nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə təşkil olunan bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023