AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunun Elmi şurasının iş planı təsdiqlənib
Jan 16, 2025 | 11:12 Mühüm hadisələr

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

İclası giriş sözü ilə açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli gündəlikdə olan məsələləri diqqəti çatdırıb.

Həmçinin 2025-cü il üçün elmi şuranın iş planı, şöbələr üzrə elmi-tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiqlənib. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.

Müəssisənin elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva isə cari məsələləri diqqətə çatdırıb.

Kompüter dilçiliyi şöbəsi üzrə aparıcı elmi işçi, Terminologiya şöbəsi üzrə böyük elmi işçi, Kompüter dilçiliyi şöbəsi üzrə elmi işçi vəzifəsinə seçkilər keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023