AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli: Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından nümunə ölkələrdən biridir
Dec 23, 2024 | 16:36 Mühüm hadisələr

Dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. Harada ki, bu proses dövlət səviyyəsində tolerant, multikultural baxışlarla təmin olunur, həmin cəmiyyətlərdə bütövlük var, inkişaf var.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumunda çıxışı zamanı deyib.

İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri Azərbaycan cəmiyyətinin bütövlüyünə, ölkəmizdə dini tərbiyənin əsaslarına, mənəvi kamilləşmənin mühüm prinsiplərindən birinə çevrilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni cəmiyyətin və Azərbaycanın bütövlüyünün təmin olunmasının əsas amillərindən biri kimi məhz ölkədə aparılan düzgün dövlət-din siyasəti həlledici rol oynayıb. Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından dünyaya nümunə olan ölkələrdən biridir. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xüsusi siyasətdir, öyrənilməyə tətbiq edilməyə layiqdir.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023