“Folklorda arxaik motivləşmə: möcüzəli doğuluş” adlı monoqrafiya işıq üzü görüb
Dec 16, 2024 | 14:51 Yeni nəşrlər
Dec 16, 2024 | 14:51 Yeni nəşrlər
AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızı-Məmmədovanın müəllifi olduğu “Folklorda arxaik motivləşmə: möcüzəli doğuluş” adlı monoqrafiya çapdan çıxıb.
Kitabda Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq möcüzəli doğuluş motivi sistemli və əhatəli şəkildə araşdırmaya cəlb olunub. Tədqiqat işi möcüzəli doğuluş motivinin epik, lirik, dramatik folklorun əsas janrları çərçivəsində öyrənilməsinə həsr olunmuş ilk araşdırma hesab edilir.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 208 səhifəlik monoqrafiyanın elmi redaktoru və “Ön söz” müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır.
www.science.gov.az