Dec 16, 2024 | 14:30 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş “ASEAD – XIV Beynəlxalq Sosial Elmlər Simpoziumu”nda onlayn şəkildə iştirak ediblər.
Sosial elmlər (tibb, təsviri incəsənət, təhsil elmləri, idman elmləri, humanitar elmlər, hüquq) sahəsində tədqiqat aparan alimləri birləşdirmək və yeni tədqiqat mövzularına dair bilikləri təkmilləşdirmək məqsədilə keçirilmiş simpoziumda Əlyazmalar İnstitutunun baş mühafizi fil.e.d., dosent Səbinə Əhmədova, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları - aparıcı elmi işçi fil.ü.f.d. Tünzalə Seyfullayeva, baş mütəxəssis Zərifə Haqverdiyeva, redaktor Vəfa Şərifova, kiçik elmi işçi Sevinc Muxtarova, baş laborant Nərmin Cəlilova, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi ilahiyyat ü.f.d., dosent Əkrəm Həsənov, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Günel Quliyeva, Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayeva və həmin şöbənin böyük laborantı Nəsibə Murtuzayeva Qarabağ ədəbi-mədəni mühiti, Əsgəri Gülaboğlu “Divan”ı, burada yer alan nəzm şəkilləri, Əbül-Qasım əz-Zəhravinin “Kitabül Məkalət-ül Aşirə fit-tibb” əsəri, Azərbaycan ədəbiyyatında məzhəb şeiri, Qərbi Azərbaycan və Qarabağda yer alan tarixi memarlıq abidələri, 44 günlük Vətən müharibəsinin Türkiyə mediasında şərhi, Azərbaycan diasporunun inkişaf dinamikası, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinə dair məruzələrlə çıxış edib və təşkilatçı qurumların sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, beynəlxalq simpozium ASEAD – Avrasiya Sosial və İqtisadi Araşdırmalar Dərgisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universiteti, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Qazaxıstan Çimkent Universiteti və “Astana Yayınları”nın birgə təşkilatçılığı ilə həyata keçirilib.
www.science.gov.az