AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının növbəti sayı nəşr edilib
Dec 12, 2024 | 17:35 Yeni nəşrlər

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 61-ci sayı işıq üzü görüb.

Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə dərc edilən jurnalın bu sayında maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür.

Toplunun bu sayında fil.ü.f.d., dos. Rza Xəlilovun “SMOMPK toplusunda Qarabağ folkloru”, fil.e.d., prof. Füzuli Bayatın “Təvəlla və Təbərra kontekstində Azərbaycan və Anadolu aşıq poeziyasında düvaz-imam (on iki imam) şeir növü”, fil.e.d., prof. Ramil Əliyevin “Folklor mətnlərində riyazi eskizlər”, fil.e.d., prof. Yeganə İsmayılovanın “Koroğlu” eposunda qadın surətləri, yardımçı obrazlar və antiqəhrəman qütbü: əsas və yardımçı obrazlar”, fil.ü.f.d., dos. Ləman Vaqifqızının (Süleymanova) “Xoyratın ifa ilə əlaqəsi və variantlaşması”, fil.ü.f.d. Sevinc Qasımovanın “Azərbaycanda Novruz bayramının ənənələr sistemi”, fil.ü.f.d. Vüsalə Nəsibovanın “Qarabağ mifoloji mətnlərində yaradılış konsepsiyası: torpaq və etnosun vəhdəti”, tar.ü.f.d. Könül Əliyevanın “İsgəndərin səbri” nağılında İsgəndər obrazının səciyyəvi xüsusiyyətləri”, tar.ü.f.d. Yusif Mahmudovun “Güney Azərbaycan folkloru və yazılı ədəbiyyat örnəklərində təbiət-insan münasibətlərinin tarixi kökləri”, Mətanət Xəlilovanın “Azərbaycan folklorunda arxaik ritual elementləri”, Sahibə Paşayevanın “Qırğız folkloru: əsrlərdən gələn səs”, fil.ü.f.d., dos. Elçin Qaliboğlunun “Çağdaş Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə - 150” başlıqlı məqalələri yer alıb.

Qeyd edək ki, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunda məqalələr DOI indeksi ilə dərc edilir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023