AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb
Dec 11, 2024 | 09:58 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Dünya yaddaşı irsi kitabxanası – 1” seriyasına daxil olan, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin ideya və “Ön söz” müəllifi olduğu “Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı çap olunub.

Yeni nəşrin tərtibçisi akademik Teymur Kərimli, nəşr layihəsinin rəhbəri tarix ü.f.d., dosent Nigar Babaxanova, redaktorları fil.e.d., dosent Əzizağa Nəcəfzadə və tarix.ü.f.d., dosent Cavid Cəfərovdur.

Kitaba Azərbaycan şairi, ictimai xadim və rəssam Xurşidbanu Natəvanın (1832-1897) “Gül dəftəri” adlı albomu daxil edilib. Albomdakı rəsmlərlə yanaşı, şeirlər və müxtəlif qeydlər həm orijinal şəkildə, həm də tərcümə və transfoneliterasiya edilərək oxucuların ixtiyarına verilib. Kitabda Xurşidbanu Natəvanın özünün və yaxınlarının fotoları, şəxsi əşyası, o cümlədən bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltəraşlıq nümunələri) və s. də əks olunub.

Qeyd edək ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-117 şifrəsi altında mühafizə olunan “Gül dəftəri” 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023