AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun alimi Qazaxıstanda keçirilmiş beynəlxalq simpoziumda məruzə edib
Dec 11, 2024 | 09:54 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi fil.e.d. Nəzakət Məmmədli UNESCO-nun dəstəyi ilə Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş “Savadlı millətin dirçəlişi” (“Возрождение читающей нации”) adlı VI beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstandan tədqiqatçı alimlərin, mədəniyyət və ədəbiyyat xadimlərinin, o cümlədən ölkədə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sosial-humanitar sahələr üzrə mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız “Azərbaycanda Oljas Süleymenov irsinin tədqiqi və tərcüməsi” mövzusunda məruzə edib, çıxışında O.Süleymenovun bədii irsinin tədqiqi ilə yanaşı, özünün də şairin yaradıcılığından tərcümə etdiyi poetik nümunələrdən bəhs edib.

Tədbirin sonunda N.Məmmədli maraqlı çıxışına və konfransda fəal iştirakına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb. Sertifikatı alimə Qazaxıstanın xalq yazıçısı, dünya şöhrətli yazar və ictimai xadim Oljas Süleymenov təqdim edib.

Qeyd edək ki, beynəlxalq konfrans Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsi, Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzi və Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023