Dec 09, 2024 | 17:19 Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d. Raqub Kərimovun tərtib edib nəşrə hazırladığı “XIX əsr Qarabağ şairlərinin şeir antologiyası” kitabı işıq üzü görüb.
Ümumazərbaycan ədəbiyyatının inkişafında yeni çalarları, orijinal forma və məzmun zənginliyi ilə xüsusi yer tutmuş XIX əsr Qarabağ ədəbi mühitini özündə əks etdirən bu antologiya Qarabağ torpağının yetişdirdiyi şairlərə və onların şeir sənətinə həsr olunub. Əfsuslar olsun ki, bu şairlərin əksəriyyətinin Azərbaycan dilində yazdığı şeir nümunələrini əldə etmək mümkün olmayıb, onların fars dilində yazdıqları şeirlər isə antologiyaya daxil edilməyib. Məhz bu səbəbdən müəllif antologiyanın davamlı olacağını nəzərə alaraq onu I kitab adlandırmağı məqsədəuyğun bilib.
Qeyd edək ki, yeni nəşrin redaktoru akademik Teymur Kərimli, naşiri Turan İbrahimov, “Ön söz”ün müəllifi fil.e.d. Raqub Kərimovdur.
www.science.gov.az