AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda illik hesabatların müzakirəsi keçirilir
Nov 26, 2024 | 10:23 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda illik hesabatların müzakirəsi başlayıb. 25-29 noyabr tarixlərində gerçəkləşən hesabatların müzakirəsində İnstitutun on səkkiz şöbəsi də iştirak edir.

Müzakirələrdə müvafiq şöbələrin müdirləri ilə birgə İnstitutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva, GAMŞ-ın sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva iştirak edirlər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023