AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Məhəmməd Nidai və “Mənafeün-nas” əsəri” adlı monoqrafiya işıq üzü görüb
Nov 18, 2024 | 11:53 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri, institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyalın müəllifi olduğu “Məhəmməd Nidai və “Mənafeün-nas” əsəri” adlı monoqrafiya işıq üzü görüb.

Monoqrafiya “Məhəmməd Nidainin “Mənafeün-nas” əsəri tibb tarixinin öyrənilməsində mənbə kimi” adlı dissertasiya işi əsasında nəşrə hazırlanıb ki, burada Məhəmməd Nidainin “Mənafeün-nas” əsəri digər tibbi əsərlərlə müqayisə edilir, eyni zamanda qədim təbabətlə müasir təbabətin müqayisəsi aparılır. Orta əsrlər dövründə insanların düçar olduğu xəstəliklərin və həmin xəstəliklərin müalicəsində istifadə edilən müalicə üsullarının təsnifatı verilir.

Qeyd edək ki, yeni nəşrin redaktoru və ön sözün müəllifi fəl.e.d., dosent Zəkiyyə Əbilova, rəyçiləri mərhum alim, tarix e.d., professor Fərid Ələkbərli, tarix e.d. Xeyirbəy Qasımov, tarix e.d. Tahirə Həsənzadə, tarix ü.f.d. Fərəh Hüseyni, tarix ü.f.d., dosent Aynur Hacıqədirli və tarix ü.f.d. Ziyafət Eminovadır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023