Nov 07, 2024 | 16:26 Yeni nəşrlər
AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ildə üçüncü sayı nəşr olunub.
Yeni sayda akademik İsa Həbibbəylinin “Siyasi varislikdən – Siyasi liderliyə”, akademik İradə Hüseynovanın “Yaşıl dünyaya və davamlı inkişafa Azərbaycanın layiqli töhfəsi”, Mayıl İsmayılovun “CОP29, yаxud iqlim dəyişikliyi ilə bаğlı аkаdеmik Həsən Əliyеvin həyаcаn təbili”, Aqil Əhmədovun “Azərbaycanın beynəlxalq iqlim təhlükəsizliyinə yeni töhfəsi: COP29”, Füzuli Qurbanovun “Azərbaycan-Çin elmi əməkdaşlığı: Strateji inkişaf kursu kontektsində”, Əmir Əliyevin “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr”, Sərraf Talıbovun “Ekoloji tarazlıq daim qorunmalıdır”, Məmməd Sadıqovun “Minerallardan və yabanı dərman bitkilərindən təbabətdə istifadənin zəruriliyi” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, Yaşar Rəhimovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, İlhami Cəfərsoyun “Fars, yoxsa bars?”, Sadıx Nəbiyevin “Bütün yollar Bakıdan başlayır”, Sevinc Tangudur “Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr Rayihə Əmənzadənin yaradıcılığında” sərlövhəli və s. məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq dünyası” bölməsində yer alan yazılarla tanış ola bilərsiniz.
www.science.gov.az