Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı rus dilində işıq üzü görüb
Nov 01, 2024 | 10:54 Yeni nəşrlər
Nov 01, 2024 | 10:54 Yeni nəşrlər
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zərifə Qasımovanın “Sehr lələyi” adlı şeirlər kitabı rus dilində işıq üzü görüb.
Nəşrdə hər oxucunun qəlbinə, ruhuna, düşüncəsinə toxunacaq müxtəlif səpkili şeirlər yer alıb. Müəllif sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alıb. Kitaba, həmçinin şairin son illərdə yazdığı qələbə müjdəli şeirləri də daxil edilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu kitaba “Ön söz” yazıb.
Yeni nəşr şeir həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
www.science.gov.az