Oct 22, 2024 | 14:32 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Rübabə Şirinova Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Əmir Teymur və Teymurilər dövrünün tarixi məsələləri” mövzusunda keçirilmiş elmi-nəzəri konfransda onlayn şəkildə məruzə edib.
Özbəkistanın şərqşünas alimi, tarixçi, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru, akademik Börü Əhmədovun (Boʻriboy Ahmedov) 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və bir sıra ölkələrdən alim və mütəxəssislərin iştirak etdiyi konfransda əməkdaşımız “Əmir Teymurun babası Sədr əş-Şəriənin “Viqayə” əsərinin Bakı nüsxəsi” adlı məruzə ilə çıxış edib və təşkilatçı qurumların sertifikatına layiq görülüb.
Qeyd edək ki, elmi-nəzəri konfrans Özbəkistan Elmlər Akademiyası, Teymurilər Tarixi Dövlət Muzeyi və Əmir Teymur adına Beynəlxalq İctimai Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
www.science.gov.az