AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri” monoqrafiyası işıq üzü görüb
Oct 10, 2024 | 16:42 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşı fil.ü.f.d. Şəfiqə Abdullayevanın tərtib edib nəşrə hazırladığı “İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri” monoqrafiyası işıq üzü görüb. Kitabda yer alan qeyd və göstəricilərin müəllifi də Ş.Abdullayevadır.

Ədəbiyyat tarixi oxucuları üçün nəzərdə tutulmuş, müəllifin ərəb ölkələrinə təqdim etməsi üçün hazırladığı monoqrafiyada XIX əsrdə yaşayıb yaratmış Azərbaycan şairi, Füzuli sənətinin davamçısı İsmayıl bəy Nakamın həyatı, yaşadığı ədəbi mühit, onun “Niyaznamə” qəsidəsi, divanları, əsərləri, o cümlədən müasirlərinə yazdıqları məktublar, nəzirələr, “Qazixanə dəftəri” (“Notarius dəftəri”), “Ziyayi-Qafqaziyyə” və “Həyat” qəzetindəki çıxışlarından parçalar, publisistik çıxışları, Şəki şairlərindən “Müşairə” və Hüzni haqqında yeni məlumatlar yer alıb.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları fil.e.d., dosent Nəsib Göyüşov və böyük elmi işçi Arif Ramazanov, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Mustafa Əliyevdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023