“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsi çapdan çıxıb
Oct 14, 2024 | 12:04 Yeni nəşrlər
Oct 14, 2024 | 12:04 Yeni nəşrlər
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik araşdırmaları” jurnalının cari il üçün 1-ci sayı işıq üzü görüb.
Məcmuənin bu nömrəsində “Məhəmməd Əmin Rəsulzadə -140”, “Dil tarixi”, “Türk dilləri”, “Müqayisəli dilçilik” sahələrinə aid müxtəlif məqalələr öz əksini tapıb.
“Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.
www.science.gov.az