AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan və ətraf ölkələrin folkloru” kitabının I cildi işıq üzü görüb
Oct 16, 2024 | 15:54 Yeni nəşrlər

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Akifə Xəlilovanın hazırladığı “Azərbaycan və ətraf ölkələrin folkloru” kitabının I cildi çapdan çıxıb.

Topluda XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan və ona bitişik ərazilərdən toplanılmış folklor nümunələri yer alıb. Nümunələrin rus dilindən Azərbaycan dilinə, yəni orijinala qaytarıldığı bu kitab o zaman üç cild şəklində arxivləşdirilmiş materialların ilk cildidir. Qeyd edək ki, I cilddəki  mətnlərin hamısı Azərbaycan folklorudur. Digər cildlərdə coğrafiya Azərbaycana bitişik əraziləri, həmhüdud ölkələri əhatə edir. Folklor nümunələrinin toplanıldığı sahədə yaşayan müxtəlif etnik qrupların da folkloru diqqətdən kənarda qalmayıb, toplanılaraq tərcümə edilib və müvafiq cildlərə daxil edilib.

Kitabın redaktoru fil.e.d., dos. Ağaverdi Xəlilov, rəyçiləri isə fil.e.d., dos. Nubar Həkimova və fil.ü.f.d., dos. Atəş Əhmədlidir.

260 səhifədən ibarət olan kitab “Füyuzat” nəşriyyatında işıq üzü görüb. 

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023