Oct 16, 2024 | 16:16 Yeni nəşrlər
Cari ilin 23-24 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mühüm hadisə hesab edilən konfransın materialları “Elm” nəşriyyatında nəfis şəkildə nəşr olunub. Kitaba konfransda ölkənin 80 təşkilatını (dövlət orqanları, publik hüquqi şəxslər, elmi tədqiqat, ali və orta ixtisas təhsili müəssisələri, ictimai təşkilatlar və s.) təmsil edən alim və mütəxəssislər tərəfindən edilmiş 302 məruzənin tezisləri daxil edilib.
Konfrans materiallarının elektron variantını buradan əldə etmək mümkündür.
www.science.gov.az