AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Nadir Məmmədli Kazanda keçirilən beynəlxalq forumda iştirak edir
Oct 11, 2024 | 10:52 Mühüm hadisələr

Kazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yaradılmasının 85 illiyinə həsr olunan “Müasir akademik elmdə Rusiya xalqlarının dilləri, ədəbiyyatı və mədəniyyətləri” mövzusunda beynəlxalq elmi forum keçirilir.

Beynəlxalq forumda Rusiyadan və yaxın xarici ölkələrdən tanınmış linqvist-alimlər və sənətşünaslar iştirak edirlər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli fəxri qonaqlar arasında olub. Forumda  professor Nadir Məmmədli moderator kimi iştirak edib. Həmin bölmədə 26 nəfər alimin məruzəsi dinləniləcək. Həmçinin Nadir Məmmədli “Terminalmanın sosiolinqvistik problemləri: dillərin qarşılıqlı təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib.

Nadir Məmmədli yubiley münasibətilə Tatarıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun kollektivini təbrik edib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023