Oct 11, 2024 | 10:49 Yeni nəşrlər
“Türkologiya” beynəlxalq elmi jurnalının 2024-cü il üçün 1-ci sayı çap olunub
Türkologiya” jurnalının bu nömrəsi Mahmud Kaşğari "Divanü lüğat-it-türk"- 950 illiyinə həsr edilmişdir.
Jurnalda akademik İsa Həbibbəylinin “Mahmud Kağarinin “Divanü lüğat-it-türk “ əsəri Azərbaycanda”, professor Nadir Məmmədlinin “ Mahmud Kaşğarinin kimliyi və “Divanü lüğat-it-türk”ün yazıldığı dövr, akademik Möhsün Nağısoylunun “Divanü lüğat-it-türk” və “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması ilə müqayisəli tədqiqi” adlı məqalələr , həmçinin Azərbaycan,Türkiyə, Özbəkistan və Makedoniya alimlərinin müxtəlif məqalələri dərc olunmuşdur.
Fərqli elmi-nəzəri biliklərin türkologiya müstəvisində təqdim edən jurnalımızın bu sayındakı "Divanü lüğat-it-türk"- 950, “Klassik irs”, “Dil əlaqələri”, “Dialektologiya”, “Personalia” , “Elmi həyat”, “Nekroloq” rubrikalarıı oxucular üçün maraqlı olacaq.
Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, məsul katibi filologiya elmləri doktoru Aysel Qəriblidir.
www.science.gov.az