AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli: “Qlobal istiləşmənin həlli istiqamətində tərəfdaş ölkələrin elmi qurumları birgə layihələr həyata keçirməlidir”
Oct 04, 2024 | 17:12 Mühüm hadisələr

“Azərbaycan dünyada iqlim dəyişikliyinin həlli istiqamətində vacib addımlar atan dövlətlərdən biridir”.

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” Bakı İqlim Elmi Konfransında Azərbaycan Milli Elmlər Akademiyanın prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də son illər ekoloji problemlər aktual məsələdir: “Hazırda ekolinqvistika kimi yeni elm sahələri yaranır. İqlim probleminin həlli üçün kompleks layihələrin həyata keçirilməsi vacibdir. Düşünürəm ki, qlobal istiləşmənin həlli istiqamətində tərəfdaş ölkələrin elmi qurumları birgə layihələr həyata keçirməlidir”.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023