AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
Oct 03, 2024 | 15:04 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin və aşığın qızı Maral Azaflının tərtibçiliyi ilə Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” adlı şeirlər kitabı işıq üzü görüb. “Mikayıl Azaflının keşməkeşli həyatı və sənət dünyası (21.03.1924-12.10.1990)” başlıqlı əhatəli Ön sözün müəllifi də Əməkdar elm xadimi Qəzənfər Paşayevdir.

Aşığın 100 illik yubileyinə həsr olunan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 11 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə nəşr edilib.

Toplunun redaktoru Əməkdar elm xadimi, Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və aşığın qızı Gülarə Azaflıdır. Rəyçiləri Xalq şairi Zəlimxan Yaqub və akademik Muxtar İmanovdur. 318 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Kitabda ustad aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) seçmə şeirləri toplanıb. Digər aşıq kitablarından fərqli olaraq bu kitabda ilk dəfə oxuculara anlaşıqlı olsun deyə hər şeir şəklindən əvvəl professor Qəzənfər Paşayev həmin növ haqqında qısa məlumat verib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023