AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Axtarışlar” jurnalının yeni sayı nəşr olunub
Sep 17, 2024 | 10:08 Yeni nəşrlər

AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb.

Jurnalın yeni sayında Naxçıvan Bölməsində, AMEA-nın digər elmi-tədqiqat müəssisələrində və ölkənin nüfuzlu ali məktəblərində çalışan tədqiqatçıların elmi məqalələri verilib.

Jurnal “Ədəbiyyatşünaslıq”, “Folklorşünaslıq”, “Dilçilik” və “Sənətşünaslıq” bölmələrini əhatə edir. Jurnaldakı “Erkən realizmin nəzəri prinsipləri və XVIII əsr Azərbaycan lirikasında təzahür xüsusiyyətləri”, “Müasir Azərbaycan uşaq dramaturgiyasında folklor”, “Qərbi Azərbaycandakı onomastik vahidlərin tədqiqinin tarixi və siyasi əhəmiyyəti”, “Bədii diskursun kommunikativ və koqnitiv xüsusiyyətləri”, “Müasir dilçilikdə yeni təmayüllərə dair”, “Prelüd janrının milli professional musiqi mədəniyyətində inkişafına bir nəzər”, “Naxçıvan yallıları peşəkar rəqs kollektivlərinin repertuarında”, “Müstəqillik dövrü Azərbaycan keramika rəssamlarının yaradıcılığında fəlsəfi mövzunun əksi”, “Memorial muzeylərdə bədii-estetik tərbiyənin əhəmiyyəti” və başqa məqalələrdə aktuallıq kəsb edən məsələlər araşdırmaya cəlb olunub.

Məlumat üçün qeyd edək ki, cari ildən “Axtarışlar” jurnalında dərc olunan məqalələrə DOI identifikatoru verilir. DOI (Rəqəmsal Obyekt İdentifikatoru) özündə məqalə haqqında əhatəli təsviri məlumatlar toplusunu ehtiva edir. Buraya məqalənin internetdə yerləşmə yeri, dərc olunduğu nəşrin adı və başqa spesifik identifikatorları ilə bağlı məlumatlar daxildir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023