Sep 17, 2024 | 10:12 Yeni nəşrlər
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən əlli dördüncü nəşrdir.
Monoqrafiyanın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidovadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada jurnalist, dramaturq, yazıçı, publisist Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı, publisistikası, mənsur şeirlərinin, hekayələrinin, nağıllarının və pyeslərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri, mənsur şeirlərində xalq yaradıcılığına müraciət etməsi və s. aktual problemlər geniş tədqiq edilib.
www.science.gov.az