AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasının birinci hissəsi nəşr olunub
Sep 17, 2024 | 10:15 Yeni nəşrlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi professor Sevil Mehdiyevanın “Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasının birinci hissəsi nəşr olunub.

Əsər qədim dövr Azərbaycan şifahi ədəbi dilinin xalqın ilkin bədii təxəyyül məhsulu – şifahi ədəbiyyat janrlarının (əmək mahnıları, bayatılar, laylalar, bəzi xalq deyimləri, xüsusi poetik qəliblər – ağılar (oxşamalar), oxşamalar (nazlamalar), alqışlar, qarğışlar, andlar, uşaq oyun – nəğmələri, tapmacalar, atalar sözü və məsəllər, dastanlar v. s. nın) dil materiallarının əsasında tədqiq edilmişdir.

Monoqrafiyada qədim Azərbaycan şifahi ədəbi dilinin milli folklordan gələn rüşeymləri Azərbaycan türk xalqının şifahi yaradıcılıq janrları özəllikləri üzərində formalaşan inkişaf mənzərəsi (panoram) elmi-linqvistik istiqamətdə araşdırılır, Azərbaycan türk şifahi (qədim) ədəbi dilinin inkişaf yolları və onların  təşəkkülü izlənilir.

Monoqrafiya həm dil, ədəbiyyat, tarix elmləri mütəxəssisləri, həm də ana dilimizin taleyi ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.    

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023