AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Şeyxülislam Əbdüssalam Axundzadə: həyatı, mühiti və dini-etik görüşləri” monoqrafiyası çapdan çıxıb
Aug 05, 2024 | 09:59 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnullanın “Şeyxülislam Əbdüssalam Axundzadə: həyatı, mühiti və dini-etik görüşləri” adlı monoqrafiyası işıq üzü görüb.

Görkəmli Azərbaycan alimi Əbdüssalam Axundzadənin həyatı və dini-ictimai fəaliyyəti ilk dəfə olaraq Azərbaycan Dövlət Tarix Arxivinin sənədlərindən, köhnə dövrü mətbuat – İrşad, Tərcüman, Həyat, Kaspi kimi qəzet materiallarından istifadə edilməklə tədqiq olunub. Monoqrafiyada Ə.Axundzadənin Qori Müəllimlər Seminariyasında müəllimlik, Qafqaz Müsəlmanları Ruhani İdarəsində şeyxülislamlıq fəaliyyətləri və Əlyazmalar İnstitutunun xəzinəsindən əlyazmaları və daşbasma (litoqrafik) əsərləri aşkarlanıb tədqiqata cəlb olunmaqla elmi irsi, maarifçilik ideyaları, dini-pedaqoji və etik görüşləri kompleks şəkildə elmi ictimaiyyətin nəzərinə çatdırılır.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri fil.e.d., professor Kamandar Şərifli və ilahiyyat ü.f.d., dosent Nailə Süleymanova, redaktoru böyük elmi işçi Yeganə Rəhnulladır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023