Jul 29, 2024 | 14:31 Mühüm hadisələr
Xəbər verdiyimiz kimi, iyulun 10-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
“Ədəbi proses” müşavirəsinə təqdim olunan məruzələr toplu halında Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışında işıq üzü görüb.
Xüsusi buraxılışda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ədəbiyyatda bütövlük və ədəbi prosesdə nəzəri dərinlik”, filologiya elmləri doktoru Elnarə Akimovanın “2023 – forum, sərgi və yubileylər ili”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Biz poeziyasız yaşaya bilmərik”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “2023-cü ilin nəsr mənzərəsi”, filologiya üzrə fəlsəfə doktoru Şahanə Əliyevanın “2023-cü il Azərbaycan dramaturgiyası müasir ədəbi tendensiyalar kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadənin “2023-cü ilin ədəbi tənqidi”, filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycanda ədəbi mühit”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Kiçiklərin böyük ədəbiyyatına doğru” və digər məqalələrlə tanış ola bilərsiniz.
www.science.gov.az