AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı işıq üzü görüb
Jul 05, 2024 | 16:33 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Nərgiz Mustafazadənin tərtib edib nəşrə hazırladığı “Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı işıq üzü görüb.

Kitabda XIX əsr Azərbaycan şairəsi, dramaturq Qəmər bəyim Şeydanın AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan “Zülmün daşqını” adlı əsəri müasir əlifbada təqdim olunur. Transfoneliterasiya olunaraq nəşrə hazırlanmış kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşrin redaktoru filologiya elmləri doktoru, dosent Nailə Səmədova, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Bağırovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023