AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutu 6 aylıq hesabat verib
Jun 27, 2024 | 12:23 Konfranslar, iclaslar

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda institutun 2024-cü il üçün 6 aylıq hesabatı dinlənilib.

Müəssisənin direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib. Nadir Məmmədli bildirib ki, he­sa­bat ilinin­ 6 ayı ərzində institutun 13 şö­bə­ və 1 laboratoriyasında 1 istiqamət üzrə, 14 prob­lem, 20 möv­­­­­­­­zu, 96 iş yerinə yetirilməktədir.  

Sonra müəssisənin elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva hesabat məruzəsilə çıxış edib. Aynel Məşədiyeva bildirib ki, hesabat ilinin 6 ayı ərzində Dilçilik İnstitutunun əməkdaşlarının 5 monoqrafiyası, 6 kitabı, 150 (30-u xaricdə dərc olmaqla (Türkiyə, Rusiya, Çexiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan)) məqaləsi çap olunub.

Elmi müəssisənin şöbə müdirləri 2024-cü ilin altı ayı ərzində görülən işlər barədə hesabatla çıxış ediblər. Şöbə müdirləri institutun bir neçə əməkdaşının fəlsəfə və elmlər doktoru elmi dərəcəsi aldığını da diqqətə çatdırıb.

Hesabatda 2024-cü ildə institutda keçirilən beynəlxalq görüşlər, konfrans, seminar və tədbirlər, kadr hazırlığı, elektron elmin vəziyyəti və mətbuatda və sosial mediada institutun fəaliyyəti  barədə də məlumat verilib.

İclasın sonunda AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən təhkim edilən Rəyasət Heyətinin elmi katibi dosent Səfa Qarayev çıxış edərək Dilçilik İnstitutunun böyük ənənələrə malik olduğunu söyləyib və hesabat yarımilində elmi müəssisənin fəaliyyətini müsbət qiymətləndirib. Həmçinin Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərinin çapının da institutun nəşrləri içərisində elmi əhəmiyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

Sonda hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023