Türkiyənin Fırat Universitetinin əməkdaşları Dilçilik İnstitutunda olublar
Jun 20, 2024 | 12:41 Mühüm hadisələr
Jun 20, 2024 | 12:41 Mühüm hadisələr
Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının əməkdaşları – kafedra müdiri, professor Ercan Alkaya və dosent Süleyman Kaan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin qonağı olublar.
Görüşdə dialektologiya sahəsində elmi əlaqələrin əhəmiyyətindən söz açılıb.
Şöbə əməkdaşları qonaqlara Azərbaycanda aparılan dialektoloji araşdırmalar, dialekt və şivələrin öyrənilməsinə dair yazılmış elmi əsərlər, atlaslar haqqında geniş məlumat veriblər.
www.science.gov.az