May 02, 2024 | 09:52 Konfranslar, iclaslar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Akademik Zərifə Əliyevanın 101 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda keçirilən respublika elmi-praktiki konfransı bölmə iclasları ilə öz işinə davam edib.
“Akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafında xidmətləri”, “Klassik ədəbiyyatda təbiət motivləri”, “Yaşıl dünya naminə” adlı bölmə iclaslarında ümumilikdə 40-a yaxın məruzə dinlənilib. Məruzələrdə akademik Zərifə Əliyevanın bir qadın kimi müdrikliyi, həyat fəlsəfəsi, onun müalicə metodları haqqında, Füzuli, Nizami, Sami kimi şairlərin əsərlərində əksini tapan təbiət motivləri barədə, müasir dövrdə planetimizdə yaşanan ekoloji problemlərə dair fikirlər səsləndirilib. Konfransın bağlanış mərasimində bölmə rəhbərləri çıxış edərək, konfransın işini təhlil edib, məruzəçilərə iştirakçı sertifikatları təqdim ediblər.
Konfransın koordinatorları fil.e.d. dosent Aygül Hacıyeva və fil.ü.f.d. dosent Lamiyə Rəhimova AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və akademik Teymur Kərimli başda olmaqla Əlyazmalar İnstitutunun rəhbərliyinə, tədbir iştirakçılarına, bu möhtəşəm tədbirin keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildiriblər. Sonda bölmə iclasında məruzə edən konfrans iştirakçılarının ümumi xatirə fotosu çəkilib.
www.science.gov.az