AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” kitabı çap olunub
May 02, 2024 | 09:31 Yeni nəşrlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorunun müşaviri filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” kitabı çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 22 iyun 2023-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru, həmçinin “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dünya” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Rəyçiləri fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kitab zəngin faktlara, informasiyalara əsaslanıb və onun dünyadakı nadir şəxsiyyətini, dühasını təcəssüm etdirib. Kitabda dünya sivilizasiyasının reallıqları, onu şərtləndirən və formalaşdıran amillər göstərilib, siyasət, diplomatiya, liderlik, iqtisadiyyat, mədəniyyət sahəsində Ümummilli Liderin Şərq və Qərb sivilizasiyalarına verdiyi töhfələr, dünyanın tarixi-siyasi şəxsiyyətlərinin ona verdikləri bəşəri qiymət təcəssüm olunub. Kitabda qurucu və yaradıcı milli lider İlham Əliyevin siyasi irs və varislik sahəsində tarixi uğurları, əməli fəaliyyətinə verilən qiymət və haqqında söylənilən dəyərli fikirlər ümumiləşdirilib.

Kitab Giriş, “Liderlik missiyası: şəxsiyyət, dövlət və cəmiyyət”, “Azərbaycanda qovuşan Şərq və Qərb sivilizasiyaları”, “Türk dünyası: sivilizasiyaların dialoqu”, “Mədəniyyət siyasəti: sivilizasiyaların milliliyi və bəşəriliyi”, “Heydər Əliyevin fenomen şəxsiyyəti Azərbaycanın elmi-filoloji, bədii-ictimai fikrində” fəsillərindən və üç dildə xülasədən ibarətdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023