AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Apr 08, 2024 | 13:58 Yeni nəşrlər

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın “XXI əsrdə Azərbaycan intellektuallarının kulturoloji baxışlarında qlobal dialoq modeli”  adlı məqaləsi (rus dilində) Web of Science Core Collection`s Emerging Sources Citation Index – nüfuzlu beynəlxalq elmi bazada indekslənən “Вестник Томского Государственного Университета. Культурология и Искусствоведение” elmi  jurnalının 53-cü sayında dərc edilib.

Məqalədə Azərbaycanın elmi və yaradıcı intellektuallarının dünya ictimaiyyətinə təklif etdikləri mədəniyyətlərin qlobal dialoq modeli təhlil olunur. 

Müəllif qlobal dialoqun Azərbaycan modelinin azərbaycançılıq, multikulturalizm, türkçülük ideologiyalarına istinad etməsini və İslamın humanizm prinsiplərindən qaynaqlanmasını elmi dəlillərlə şərh edir. 

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023