AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Apr 08, 2024 | 13:53 Konfranslar, iclaslar

AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) Elmi şurasının iclası keçirilib. İclasda HEB-in üzvləri, elmi-tədqiqat müəssisələrinin direktorları, müavinləri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri bölmənin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Əvvəlcə Azərbaycan dramaturgiyasının və milli teatrın inkişafında müstəsna xidmətləri olan Nəcəf bəy Vəzirovun anadan olmasının 170 illiyi ilə əlaqədar yazıçının əsərləri və haqqında yazılmış kitablardan ibarət sərgiyə baxış keçirilib.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İslam Qəriblinin “Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki,  Azər­bay­can dra­ma­tur­gi­ya­sın­da Mirzə Fətəli Axun­d­za­də ədə­bi ənə­nə­lə­ri­nin dir­çə­li­şi və yük­sə­li­şi ilə bilavasitə bağ­lı­ olan, Mirzə Fətəli Axund­za­də­dən son­ra “ikin­ci dra­ma­turq” şə­rəf­li adı­nı qa­za­nan Nəcəf bəy Vəzirov XIX əs­rin so­nu, XX əs­rin əv­və­lin­də Azər­bay­­can ədə­biy­ya­tın­da rea­list ədə­bi hə­rə­ka­tın in­ki­şa­fın­da müs­təs­na xid­mət­lə­ri olan sənətkarlardandır. Yazıçı “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Adı var, özü yox”, “Dal­dan atı­lan daş to­pu­ğa də­yər”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”, “Pəh­­ləv­na­ni-zə­ma­nə” və s. pyes­lə­ri ilə bö­yük sə­lə­fi­nin ko­me­di­ya ya­ra­dı­cı­lı­ğı ənə­nə­lə­ri­ni uğur­la in­ki­şaf et­dir­mək­lə ya­na­şı, ədə­biy­ya­tı­mız­da ye­ni dra­ma­tik for­ma­la­rın ya­ran­ma­sı­na yol aç­ıb, “Mü­si­bə­ti-Fəx­rəd­din”lə fa­ciə­nin, “Keç­miş­də qa­çaq­lar”la si­ya­si mün­də­ri­cə­li dra­mın əsa­sı­nı qoy­ub.

“Nəcəf bəy Və­zi­rov maa­rif­çi rea­list sə­nət­kar idi”, – deyə alim vurğulayıb. O, ko­me­di­ya­la­rı­nın möv­zu­su­nu bir qay­da ola­raq ger­çək­lik­dən gö­tü­rür, ta­cir, mül­kə­dar hə­­ya­­tı­nın əl­van və zid­diy­yət­li səh­nə­lə­ri­ni, küt­lə­vi su­rət­də ya­yı­lan fakt­­la­­rı­nı, ti­pik in­san sə­ciy­yə­lə­ri­ni təs­vir edir­di. La­kin hə­yat­dan əxz olun­muş səh­nə­lər və in­san sə­ciy­yə­lə­ri ya­zı­çı­nın təs­vi­rin­də bir məq­sə­də – an­caq maa­rif­çi gö­rüş­lə­ri­nin ifa­də­si­nə xid­mət edir­di.

Professor İslam Qəribli öz çıxışında dahi yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun publisistik sahədəki fəaliyyətini xüsusi olaraq diqqətə çatdırıb. Bildirib ki, ədi­bin fəa­liy­yə­ti­nin bi­rin­ci, 70-ci il­lər mər­hə­lə­si üçün ic­ti­mai pub­li­sis­ti­ka – mə­qa­lə, ikin­ci mər­hə­lə­si üçün bə­dii pub­li­sis­ti­ka – fel­ye­ton, sa­ti­rik mi­nia­tür jan­rı sə­ciy­yə­vi­dir. La­kin ay­rı-ay­rı ta­ri­xi mər­hə­lə­lər­də, müx­tə­lif janr­lar­da ya­zıl­ma­sı­na bax­ma­ya­raq bu əsər­lə­ri müş­tə­rək cə­hət­lər – ak­tu­al­lıq, də­rin ic­ti­mai mün­də­ri­cə, kəs­kin tən­qi­di pa­fos, sa­ti­rik if­şa, hə­yat fak­tı­na açıq ten­den­si­ya­lı mü­na­si­bət, ay­dın və­tən­daş­lıq möv­qe­yi bir­ləş­di­­rir. Nəcəf bəy Və­zi­ro­vun mə­qa­lə və fel­ye­ton­la­rı Azər­bay­can ta­ri­xi­nin is­la­hat­lar və in­qi­lab­lar mər­hə­lə­sin­də ya­ran­sa da, cə­miy­yə­ti maa­rif­çi­lik me­tod­la­rı əsa­sın­da tə­ka­mül yo­lu ilə də­yiş­mək ide­ya­sı on­la­rın əsas məf­ku­rə­vi məğ­zi­ni təş­kil edir­.

Dahi yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun yaradıcılığını əhatəli şəkildə əks etdirən elmi məruzə Elmi şuranın üzvləri və iclas iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Elmi şuranın iclasında Qərbi Azərbaycan mövzusunun aktuallığı nəzərə alınaraq son illərdə AMEA əməkdaşları tərəfindən nəşr olunuş kitablar nümayiş etdirilib, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Qərbi Azərbaycanın areal toponimlərinin həqiqətləri” mövzusunda geniş məruzəsi dinlənilib. Dosent Elçin İsmayılov “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” (2023) kitabının müəllifi və “Qərbi Azərbaycan toponimlərinin həqiqətləri” (2024) məqalələr toplusunun tərtibçisidir. O, “Qərbi Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili” mövzusunda elmlər doktoru hazırlığı üzrə elmi tədqiqat işi üzərində araşdırma aparır.

Dosent Elçin İsmayılov diqqətə çatdırıb ki, Qərbi Azərbaycan türklərin vətənidir. Bu torpaqlara ermənilərin süni şəkildə gətirilərək dominant vəziyyətə qədər artırılması həmin ərazilərin Azərbaycan xalqına mənsub olduğu faktını dəyişdirməz. Uzun illər ərzində Qərbi Azərbaycanda mövcud olmuş 1500-dən çox yaşayış məntəqəsi boşaldılıb. Çar Rusiyası və Sovet İmperiyasının antitürk siyasətindən bəhrələnən haylar və onların cinayətkar qurumları, faşist hökumətləri fürsətdən istifadə edərək böyük bir Azərbaycan ərazisinin türk-müsəlman əhalidən tam şəkildə boşaldılmasına nail olublar.

Qərbi Azərbaycan toponimlərinin mənşəyinə dair maraqlı faktlarla çıxış edən alim 2023-cü ildə Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransının uğurla keçirildiyini xatırladıb.

“Bu gün Azərbaycan xalqının hər bir fərdi Qərbi Azərbaycan naminə əlindən gələni əsirgəməməlidir. Çünki tarixi ədalətsizliyin bərpası haqq işimizdir”, – deyə alim qeyd edib.

“Qərbi Azərbaycanın areal toponimlərinin həqiqətləri” mövzundakı məruzə iclas iştirakçılarının geniş müzakirəsinə təqdim olunub. Qərbi Azərbaycan tarixinin, coğrafiyasının, onomastik vahidlərinin, folklorunun, məişətinin, toponimlərinin öyrənilməsi ilə bağlı akademik Möhsün Nağısoylu, akademik Muxtar İmanov və AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə öz fikir və mülahizələrini bölüşublər. Akademik Muxtar İmanov 2023-cü ildə Folklor İnstitutu tərəfindən “Qərbi Azərbaycan folkloru” adlı ikicildlik kitabın nəşr olunduğunu da diqqətə çatdırıb.

Elmi şuranın iclasında 27 mart “Elm günü “ münasibətilə humanitar yönümlü elmi müəssisələrdə fəaliyyət göstərən bir qrup əməkdaşa Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı və Təşəkkürnaməsi təqdim edilib.

Humanitar Elmlər Bölməsinin Elmi şurasında “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyəti haqqında hesabat və qarşıda duran vəzifələr haqqında” AMEA Rəyasət Heyətinin 29 fevral 2024-cü il tarixli qərarının icrası ilə əlaqədar elmi müəssisələrə müvafiq tapşırıqlar verilib.

Həmçinin, Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfovun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunması ilə əlaqədar AMEA Rəyasət Heyətinə qərar layihəsinin təqdim olunması məqsədəuyğun hesab edilib. Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi vəzifəsinə təsdiq edilməsi yekdilliklə qəbul edilib.

Elmi şuranın iclasında 2024-cü ilin II rübündə Azərbaycan və Türk dünyası qarşısında müstəsna xidmətləri olan görkəmli sənətkarların yubileyinin qeyd olunması məsələsi diqqətə çatdırılıb. Yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun 170, AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın 95, Özbəkistanın tanınmış yazıçısı, dramarurq Abdulla Qədirinin 130, filologiya elmləri doktoru, professor Yusif Seyidovun 95, akademik Məmmədcəfər Cəfərovun 115, ədəbiyyatşünas, publisist Salman Mümtazın 140, türkiyəli yazıçı və şair Nəcib Fazil  Kısakürəyin 120, Xalq yazıçısı İlyas Əfəndiyevin 110, akademik Məmməd Arif Dadaşzadənin 120, Abbasqulu Ağa Bakıxanovun 230 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinə tapşırıqlar verilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023