AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyəti aparatının əməkdaşı beynəlxalq konqresdə məruzə ilə çıxış edib
Apr 01, 2023 | 16:14 Mühüm hadisələr

AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentlərinin xidmətində baş mütəxəssis, Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Zeynəb Həcəmova “Həyat, mühəndislik, riyaziyyat və tətbiqi elmlər üzrə VI Beynəlxalq Azərbaycan Konqresi”ndə iştirak edib.

Tədbirə Azərbaycan, Türkiyə, Albaniya, Portuqaliya, ABŞ, Macarıstan və bir sıra digər ölkələrdən alimlər qatılıblar.

Konqresdə Zeynəb Həcəmova “İdarəetmə qərarlarının qəbul edilməsində riyazi metodun rolu” adlı məruzə ilə çıxış edib və beynəlxalq sertifikatla təltif olunub.

Tədqiqatçı tərəfindən təqdim olunan tezis konfrans materialında işıq üzü görüb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023