AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Güney Azərbaycan folkloru” toplusunun XVI cildi işıq üzü görüb
Mar 10, 2024 | 11:05 Yeni nəşrlər

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Güney Azərbaycan folkloru” seriyasından XVI kitab nəşr olunub.

Kitaba Cənubi Azərbaycanın Güney mahalından toplanmış müxtəlif folklor örnəkləri daxil edilib. Toplama prosesində bölgədən atalar sözləri, tapmacalar, lətifələr, nağıllar, bayatılar və s. olmaq üzrə müxtəlif janrda folklor örnəkləri yazıya alınıb. Bu mətnlər Güney Azərbaycan folklor mühiti nümunələri ilə ortaqlıq təşkil etdiyi halda, təqdim edilən ləqəblər, dərman bitkiləri, aşıq yaradıcılığı, müxtəlif mərasimlər lokal xarakter daşımaqdadır. Topluda bölgənin folklor materiallarının dil xüsusiyyətlərinin öyrənilməsi baxımından ləqəblər və dialekt sözlər haqqında xüsusi başlıq ayrılıb və müxtəlif xalq deyimləri, onların ədəbi dildə qarşılığı qeyd edilib.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 314 səhifəlik kitabın layihə rəhbəri Muxtar İmanov, mətnləri toplayan və “Ön söz”ün müəllifi Aqşin Ağkəmərli, tərtibçi filologiya elmləri doktoru dosent Mətanət Maşallahqızı (Abbasova), redaktoru isə Səadət İbrahimlidir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023