Akademik Muxtar İmanovun “Folklor və yazılı ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib
Jan 29, 2024 | 10:18 Mühüm hadisələr
Jan 29, 2024 | 10:18 Mühüm hadisələr
AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov sözügedən müəssisənin doktorant və dissertantlarına “Folklor və yazılı ədəbiyyat” mövzusunda mühazirə deyib.
Ədəbi düşüncənin şifahi və yazılı qatlarına yeni elmi baxış kontekstində yanaşan akademik ortaq poetika problemindən, aşıq sənətindən, dastanlardan, zaman və məkan məsələlərindən danışıb.
Mühazirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli də iştirak edib.
Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və geniş elmi diskussiya ilə davam edib.
www.science.gov.az