Dec 29, 2023 | 15:00 Mühüm hadisələr
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə bəyan olunmuş “Heydər Əliyev İli” xalqımızın böyük xilaskarı, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi məsuliyyətli və şərəfli həyat və mübarizə yolunun, bu dahi şəxsiyyətin müstəqil dövlətçilik ideallarının əsasında ölkəmizdə azərbaycançılıq, dövlət müstəqilliyi, millilik və vətənpərvərlik tərbiyəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət etmişdir.
“Heydər Əliyev İli”ndə ölkə miqyasında keçirilən tədbirlər, Milli Elmlər Akademiyasında, universitetlərdə çap olunmuş çoxsaylı fundamental monoqrafik əsərlər, aparılan məqsədyönlü siyasi-ideoloji iş son nəticədə Heydər Əliyev-İlham Əliyev epoxasının mahiyyətinin və əhəmiyyətinin dünyaya, Azərbaycan cəmiyyətinə, xüsusən, yeni nəsillərə çatdırılması baxımından da böyük əhəmiyyətə malikdir.
Xüsusən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyin məhz “Heydər Əliyev İli”ndə baş verməsi Ulu Öndərin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi, Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətçilik fəaliyyətinin reallığıdır.
Hesab edirəm ki, Azərbaycan Respubliaksında növbdədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarın qəbul edilməsi “Heydər Əliyev İli” strategiyasına tam uyğundur.
Bu, ölkəmiz və xalqımız qarşısında son 30 ildə ən böyük öhdəliklərini uğurla yerinə yetirmiş, xaqımıza tarixi Zəfər qazandırmış Prezident İlham Əliyevin Azərbaycanın inkişafında yeni tarixi mərhələyə start vermək iradəsinin real ifadəsidir.
Azərbaycan xalqı 7 fevralda yenidən İlham Əliyevə səs verməklə ölkəmizin yeni tarixi dövrə qədəm qoymasına, müasir inkişafa təminat verəcəkdir” - deyə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib.
www.science.gov.az