AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda “Osmanlı müfəssəl dəftərinin nəşrində Ziya Bünyadovun rolu” mövzusunda konfrans keçirilib
Dec 30, 2023 | 09:10 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Ziya Bünyadovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Osmanlı müfəssəl dəftərinin nəşrində Ziya Bünyadovun rolu” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə açıb, daha sonra sözü məruzəçilərə verib. İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix e.d., prof. Tahirə Həsənzadə “İrəvan əyalətinin icmal dəftərləri”, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Rəna Məmmədova “1725-1727-ci illərdə Gəncə-Qarabağ əyalətlərində Osmanlı vergi sisteminin tətbiqi (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” əsasında)”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Naxçıvan sancağının müfəssəl dəftəri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Nailə Səmədova “Ziya Bünyadov xatirələrdə”, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə “Ziya Bünyadovun “Qırmızı terror” əsəri” mövzusunda məruzə edərək, çıxışlarında akademik Ziya Bünyadovun Azərbaycanın Şərqşünaslıq, tarixşünaslıq, mənbəşünaslıq, dinşünaslıq elminin inkişafında xidmətlərindən, onun cəmiyyətimizdəki rolundan bəhs edib, alimin sağlığında bir elmi məktəb yaratdığını vurğulayıblar.

Konfrans məruzələr ətrafındakı çıxışlarla işini davam etdirib. Əlyazmalar İnstitutunun əməkdaşları fəlsəfə e.d., dosent Zəkiyyə Əbilova, fil.ü.f.d., dosent Əli Əliyev, aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova, böyük elmi işçi Tahirə Əliyeva, elmi işçi Xanımbacı Məlikzadə çıxışlarında akademik Ziya Bünyadov haqqında xatirələri ilə paylaşıb, onun şəxsi keyfiyyətləri barədə fikirləri ilə bölüşüblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023