AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb
Dec 25, 2023 | 10:23 Yeni nəşrlər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı işıq üzü görüb.

Kitabda şöbə əməkdaşlarının və institutun alimlərinin Qərbi Azərbaycanda yerləşən, ermənilər tərəfindən işğala məruz qalan əzəli torpaqlarımızın toponimləri haqqında elmi məqalələr toplanıb.

Araşdırmalarda sübut edilir ki, türklər bu ərazinin ən qədim avtoxton sakinləridir, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır.

Kitabda xalqımıza məxsus onomastik vahidlərin dəyişdirilməsinə, soyqırımına məruz qoyulmasına münasibət bildirilib.

Qərbi Azərbaycan toponimlərinin tədqiqinin elmi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də var. Monoqrafiyada toponimlərin leksik-semantik xüsusiyyətləri, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar yer alır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023