AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunun Elmi şurasının iclasında şöbələrin illik hesabatı dinlənilib
Nov 27, 2023 | 15:30 Konfranslar, iclaslar

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.

İclasda şöbələrin 2023-cü ildə gördüyü işlərin hesabatı dinlənilib. İnstitutun baş direktoru, professor Nadir Məmmədli şura üzvlərini salamladıqdan sonra onları iclasın gündəliyi ilə tanış edib.

Sonra institutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva bildirib ki, l il ərzində institut əməkdaşları bir istiqamət, 14 problem, 20 mövzu, 100 iş üzərində tədqiqat aparıblar.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli sərəncamların yerinə yetirilməsi vəziyyəti şöbə müdirlərinin təqdimatında dinlənilib.

Sonra institutun Təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin, Dissertasiya şurasının və Gənc Alimlər və Mütəxəssislər Şurasının, Həmkarlar Təşkilatının illik hesabatları dinlənilib. Məruzələr ətrafında suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab olunub.

Sonda elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva cari məslələri diqqətə çatdırıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023